Bu rayonda incəsənət məktəbi əsaslı TƏMİR OLUNACAQ
Ucarda yerləşən Uşaq İncəsənət məktəbinin binasının əsaslı təmiri ilə bağlı hazırlıq işlərinə başlanılır.
BAKU.WS-in məlumatına görə, Ucar şəhəri, Heydər Əliyev küçəsi 65 ünvanında yerləşən Uşaq İncəsənət məktəbinin binasının əsaslı təmirinə dair layihə-smeta sənədlərinin hazırlanması üçün satınalma elan edilib.
Layihənin ehtimal olunan dəyəri 106 554 manat müəyyənləşdirilib.
Sənədlərin hazırlanması çərçivəsində məktəb binasının əsaslı təmirinə dair layihə və smeta sənədlərinin hazırlanması nəzərdə tutulur. Layihənin icrası nəticəsində Ucar şəhərində uşaqların incəsənət təhsili aldığı məktəb binasının yenilənməsi və tədris mühitinin yaxşılaşdırılması nəzərdə tutulur.
Oxşar xəbərlər
Digər metro stansiyaları da ÖDƏNİŞSİZ OLACAQ? - RƏSMİ CAVAB
Bakı metrosunda sərnişin axınının tənzimlənməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" stansiyal...