VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
"Müəllimimin və anamın ölümü mənə pis təsir etdi”

BAKU.WS-in xəbərində bildirilir ki, ARB TV-nin "Ömrün fəsilləri" verilişinin növbəti qonağı olan aktrisa Zemfira Əbdülsəmədova ailəsindən danışıb.
 
O, valideynlərini necə itirməsindən söz açıb:
 
"20 il öncə atamı, 11 il öncə isə anamı itirmişəm. İndiyə kimi səsləri qulağımdadır. Bacılarımla telefonla onlardan danışanda belə kövrəlirik. Atam qardaşımın toyunu görmədi. Valideyn itkisi çox ağırdır, heç vaxt silinmir. Müəllimimin də ölümü çox toxundu mənə. Hüseynağa Atakişiyev müəllimim olub. Anamdan 1 il öncə rəhmətə getdi. Bunlar mənə çox təsir etdi. Onun ölümü tək mənə yox, yetişdirdiyi hər kəsə böyük dağ çəkdi. Anamın itkisinin stressindən isə hələ də çıxa bilmirəm".
 
Arzu Mirzəyeva
BAKU.WS