Pensiya, müavinət və sosial yardım alanlara şad xəbər - FOTO

Pensiya, müavinət və sosial yardım alanlara şad xəbər - FOTO
Sosial 44092

Ölkəmizdə fəaliyyət göstərən 230-dan çox şirkət Dövlət Sosial Müdafiə Fondundan sosial ödəniş alan şəxslərə “Sosial tərəfdaş” layihəsi çərçivəsində 30 faizədək endirim təklif edir.

Bu kateqoriyadan olan şəxslər bu günədək tərəfdaş şirkətlərin təqdim etdiyi endirimlərdən faydalanaraq, nağdsız şəkildə 520 mindən çox alış-veriş həyata keçiriblər. Sosial ödəniş alan şəxslərə dəstək məqsədi daşıyan layihə hazırda uğurla icra olunur.

Pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı alan vətəndaşlar layihəyə qoşulan tərəfdaş şirkətlərə aid market, mağaza, klinika, aptek və restoranların xidmətlərindən istifadə və alış-veriş zamanı sosial ödəniş kartları ilə nağdsız qaydada ödəniş etdikdə onlara çoxsaylı endirimlər tətbiq olunur. Bu endirimləri təklif edən şirkətlərin siyahısı ilə tanış olmaq üçün dsmf.gov.az saytına daxil olub sosial tərəfdaş bölməsinə keçid edə bilərsiniz.

( https://dsmf.gov.az/az/sosial-terefdas )

Pensiya, təqaüd, müavinət, ünvanlı sosial yardım alan şəxslər üçün endirimlər təklif edən şirkətlər sırasında iri marketlər şəbəkələri də var. Bu marketlər şəbəkələrinin ölkəmizin hər yerində satış məntəqələri fəaliyyət göstərir. İstənilən sosial ödəniş alan şəxs sosial ödəniş kartı ilə ödəniş etdikdə layihə çərçivəsində təqdim olunan endirimlərdən faydalana bilər. Bu şirkətlərdən “Bazarstore” və “Almarket”in adını çəkmək olar. Qeyd edək ki, bu endirimlər marketlərin özlərinin məhsullara tətbiq etdiyi endirimlərdən əlavə endirimlərdir. Yəni tərəfdaş marketin hər hansısa bir məhsula öz endirimi varsa, bu marketdən həmin məhsulu əldə edən sosial ödəniş alan şəxsə layihə çərçivəsində də əlavə endirim tətbiq olunur və nəticədə o, daha çox endirimdən faydalanmış olur.

Sosial ödəniş alan şəxslər üçün layihənin partnyorlarından biri – “Buta” apteklər şəbəkəsi çoxsaylı endirimlər təklif edir. Bu apteklər şəbəkəsinin ölkə üzrə istənilən filialından dərmanları ucuz qiymətə almaq mümkündür. Bunun üçün ödənişi mütləq sosial ödəniş kartı ilə nağdsız qaydada etmək lazımdır. Sosial ödəniş alan şəxslər bundan başqa həmin apteklərdən bonuslar qazandıran “Qayğı+” kartı da əldə edə bilərlər. “Qayğı+” kartı sahibi olmaq üçün sosial ödəniş kartı və şəxsiyyət vəsiqəsi ilə bu apteklər şəbəkəsinin istənilən filialına yaxınlaşmaq mümkündür. Optik göz eynəklərinin satışını həyata keçirən “Fokus Optika” da layihənin tərəfdaşlarındandır.

“Sosial tərəfdaş” layihəsinin partnyorları sırasında müasir tibbi avadanlıqlarla təhciz edilmiş, peşəkar həkim personalına malik klinikalar da yer alır. Bu klinikalar endirimli qiymətləri ilə sosial ödəniş alan şəxslərin qayğısına qalır. Onlardan “Memorial Klinik”, “Dünya Göz” klinikası, “Stimul Hospital”ın adlarını qeyd edə bilərik.

Qeyd edək ki, endirimlər təkcə böyük şəhərlərdə tətbiq olunmur. Bu endirimlər Dövlət Sosial Müdafiə Fondunun rəsmi saytının (dsmf.gov.az) “Sosial tərəfdaş” bölməsində yerləşdirilmiş siyahıda yer alan və ölkəmizin istənilən bölgəsində fəaliyyət göstərən market, aptek, klinika və sair xidmət sahələrində nağdsız qaydada, yəni kartla ödəniş edildikdə sosial ödəniş alan hər kəsə tətbiq olunur.

“Sosial tərəfdaş” layihəsinə qoşulmaq istəyən şirkətlər (+994) 10-712-73-12 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Oxşar xəbərlər

Pensiyaçılara güzəşt - Bu halda 30% endirim olacaq

Pensiyaçılara güzəşt - Bu halda 30% endirim olacaq

DSMF tərəfindən həyata keçirilən “Sosial tərəfdaş” layihəsi çərçivəsində endirimlər 30 faizə qədər olacaq. BAKU.WS trend-ə istinadən xəbər verir ki, bunu Dövlət...

7 Sosial 12:13 20 noyabr 2023

Son xəbərlər