SİZİN REKLAM BURADA!
055 213 76 73


2023-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) 2 530 ədəd yubiley, xatirə və investisiya pul nişanı satıb.
 
BAKU.WS xəbər verir ki, bu barədə report-a qurumdan bildirilib.
 
Məlumata görə, yubiley və xatirə pul nişanlarının satışı Prezidentin İşlər İdarəsinə məxsus “Azərsuvenir” MMC, investisiya pul nişanlarının satışı isə müəyyən edilmiş agent banklar vasitəsilə həyata keçirilib.
 
Xatırladaq ki, AMB ötən il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ölkəmizin tarixində ilk dəfə yüksək əyarlı yerli qızıldan hazırlanmış 1 troy unsiya (31.1 qr.), 1/2 troy unsiya (15.55 qr.), 1/4 troy unsiya (7.78 qr.) və 1/10 troy unsiya (3.11 qr.) çəkilərdə investisiya pul nişanlarını, eləcə də 10 troy unsiya (311 qr.), 5 troy unsiya (155.5 qr.) və 1 troy unsiya (31.1 qr.) çəkilərdə yubiley pul nişanlarını tədavülə buraxıb. Bu yubiley pul nişanları xüsusi dövlət tədbirləri üçün nəzərdə tutulub.
BAKU.WS