Nazir rəis müavinini işdən çıxardı
04
iyl
2024
17:00
Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin Xilasetmə və sualtı texniki işlər üzrə rəis müavini Eldar Fərhadoviç Quliyev sözügedən vəzifəsindən azad olunub.
BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, bu ilin may ayında Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin rəisi Fuad Ramiz oğlu Bağırov vəzifəsindən azad edilmiş, yerinə Əkrəm Xanlar oğlu Qəhrəmanov təyin edilmişdi.
Oxşar xəbərlər
Kəmaləddin Heydərov BMMT-nin İcraiyyə Şurasının 56-cı sessiyasında iştirak edir - FOTO/VİDEO
Qırğızıstanın paytaxtı Bişkek şəhərində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının 56-cı sessiyası öz işinə başlayıb. BAKU.WS xəbər verir...