SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda yol polisi qanunu kobud şəkildə pozur.

BAKU.WS
-in məlumatına görə, bu barədə iqtisadçı-ekspert Samir Əliyev Facebook sosial şəbəkəsində yazıb. Ekspertin fikrincə yol polisləri vətəndaşların təhlükəsizliklərini yox, öz mənafelərini güdürlər.

"20 Yanvar dairəsindəki körpünün altında daim polislər olur. Onlar yolu keçən piyadaları cərimələyirlər. Şəhərin müxtəlif yerlərində belə hallarla qarşılaşmaq olar. Sözüm onda deyil. Əgər yeraltı piyada keçidi varsa, piyadalar ondan istifadə etməlidir. Bu, həm də onların təhlükəsizliyi üçün vacibdir. Ancaq diqqəti cəlb edən məsələ ondadır ki, burda əsas məqsəd sanki insanları yeraltı keçidlərdən istifadəyə dəvət etmək yox, pul qazanmaqdır. Əvvəla, həmin ərazilərdə hansısa xəbərdarlıq işləri görülə bilərdi. Ən azı müəyyən lövhələr yerləşdirməklə insanları məlumatlandırmaq olar ki, yolu keçmək qadağandır və cərimə təhlükəsi var. Rayondan gəlmiş və ya həmin ərazidə təsadüfi gələn şəxs bundan xəbərsizdir. Həm də belə cərimələr şəhərin bütün ərazilərində tətbiq edilmir. Şəhərin bəzi yerlərində ümumiyyətlə keçidlərə "Piyada keçidi" işarəsi qoyulmayıb. İkincisi, polislər cəriməni hamıya yox, seçmə üsulu ilə piyadalara tətbiq edirlər. Xüsusilə də cavan oğlanlar onların əsas "müştərisi" hesab olunur. Üçüncüsü, niyə polislər həmin ərazilərdə günün müəyyən hissəsi olurlar? Çünki onlar piyadaların qanunu pozmasında maraqlıdır. Axı, cərimələrdən onlara qazanc qalır. Və ən nəhayət əgər körpünün altından keçmək qadağandrsa, bəs, həmin polislər qaydanı pozaraq niyə yolu ora-bura keçirlər? Belə çıxır ki, onlara olar, amma piyadalar olmaz?”, - deyə ekspert qeyd edib.


Samir Əliyev piyadaların hansı şəraitdə cərimələnməsinin qanunsuz olduğunu da vurğulayıb: "Bir məsələni də qeyd edim ki, "Piyada keçidi" işarəsi olmayan keçidlərdən istifadə etmədən yolu keçəndə cərimə olunubsunuzsa, sizin haqqınız var ki, cərimə ödəməkdən imtina edəsiniz. Keçidlərdə mütləq belə işarələr vurulmalıdır. İstənilən halda bu tipli aksiyalarda məqsəd insanları pis vərdişlərdən çəkindirmək olmalıdır. Biz də isə təəssüf ki, qazanc mənbəyi kimi baxılır”.

Ziya Səccad
BAKU.WS