Orta məktəblərdə tədris ili azaldılacaq? - VACİB AÇIQLAMA

"Orta təhsil mərhələsində müddətin azaldılması və ya artırılması birbaşa pedaqoji və sosial nəticələr doğurur. "Ümumi təhsil haqqında" Qanuna əsasən, baza təhsil 9 illik, tam orta təhsil isə 11 illikdir".
Bu sözləri BAKU.WS-ə açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.
Onun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, Finlandiyada, Koreyada və Yaponiya kimi yüksək nəticə göstərən ölkələrdə 12 illik model daha çox sosial adaptasiya və ixtisaslaşma imkanı yaradır:
"Azərbaycanda isə əsas problem müddətdə deyil, məzmunun yüklülüyü və fərdi yanaşmanın azlığındadır. Statistikaya görə, 2024-cü ildə ölkə üzrə orta məktəbdə dərs yükü şagird başına 33 saata çatıb, bu isə OECD orta göstəricisindən 5 saat çoxdur. Bu fərq onu göstərir ki, bizdə dərs saatı çox, lakin nəticə nisbətən aşağıdır. Deməli, müddəti azaltmaq yox, məzmunu optimallaşdırmaq, sinifdə aktiv öyrənmə metodlarını artırmaq, təkrarçılığı aradan qaldırmaq lazımdır".
K.Əsədov əlavə edib ki, orta təhsil səviyyəsində dəyişikliklərdə prioritet məzmunun humanistləşdirilməsi və fərdiləşdirilməsidir:
"Əlavə illər yalnız o halda mənalıdır ki, onlar ixtisaslaşmaya və karyera yönümlü hazırlığa xidmət etsin. Əks halda, təhsil müddətinin artması nəticə verməyəcək.
Hesab edirəm ki, Azərbaycanda təhsil müddətlərinin yenidən optimallaşdırılması mümkündür, lakin bu, paralel olaraq məzmun, metodika, qiymətləndirmə və keyfiyyət təminatı mexanizmlərinin gücləndirilməsini tələb edir.
Elm və Təhsil Nazirliyi bu istiqamətdə müasir yanaşmanı qəbul edib, beynəlxalq standartlara uyğunlaşma xətti götürüb. Nazirliyin çevik və faktlara əsaslanan qərarvermə mexanizmləri təhsil sisteminin gələcək illərdə daha çevik və nəticəyönlü olacağına ümid yaradır. Universitetlər isə bu prosesi formal qəbul etməməli, öz akademik modelini real əmək bazarı tələbləri ilə uyğunlaşdırmalıdır. Yalnız bu halda müddətin dəyişməsi sadəcə rəqəm yox, keyfiyyət göstəricisinə çevriləcək".
Orxan Hüseyn
Oxşar xəbərlər
Ucuz qiymətə torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ
Bələdiyyə torpaqlarının növbəti müsabiqə və hərracları keçiriləcək. BAKU.WS-in məlumatına görə, torpaq müsabiqə və hərracları 22 oktyabrda Əmlak Məsələləri Dövl...
