Biləsuvarda yem bitkilərinin sahəsi 3 min hektardan çox artırılıb
17
iyn
2024
22:36
Cari il Biləsuvar rayonunda yem bitkilərinin sahəsi xeyli artırılıb.
"Report"un Muğan bürosunun məlumatına görə, əkin sahələri 3 min hektardan çox artırılaraq 11 min hektarı keçib. Belə ki, ötən il bu rəqəm 8 minə yaxın olub.
Fermerlərin sözlərinə görə, yem bitkilərinin əsasını yonca təşkil edir. Əkin sahələri artırılsa da, məhsuldarlıq iki dəfəyə yaxın azalıb. Bunun səbəbi bu il havaların qeyri-sabit keçməsidir.
Fermerlər qeyd edib ki, artıq yonca bitkisinin ikinci biçini başlayıb.
Ot bağlamalarının qiyməti 4-4,5 manat arasında dəyişir.
Oxşar xəbərlər
Qeyri-sabit hava taxıl zəmilərinə ziyan vurub: Qıtlıq olacaq? - FOTO
Azərbaycanda unun qiymətində artım müşahidə edilir. Üstəlik əsas taxıl ixracatçımız olan Rusiyadan da bədbin proqnozlar gəlməkdədir. Rəsmi qurumların məlumatına...