SİZİN REKLAM BURADA!
055 213 76 73


Baku TV-nin "Aydın tarix" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayında Respublika Alpinist-Turist Klubunun sədri Saridan Mursaqulovun müsahibəsi təqdim olunub.

Alpinistin şəxsi iştirakı və rəhbərliyi ilə Azərbaycanın bir neçə adsız zirvələri fəth edilərək onlara ad verilib. Həmin yüksəkliklərdən biri də ümummilli lider Heydər Əliyevin 75 illik yubileyi şərəfinə fəth olunan "Heydər zirvəsi"dir.

"75 illik yubileyi ərəfəsində Heydər Əliyevə məktub yazaraq ideyam barədə məlumat verdim və onun xeyir-duasını istədim. Daha sonra hazırlıq işlərinə başladıq. Beş gün orada olduq. İki gün dağın ətəyinə yürüş oldu, orada baza düşərgəsi qurduq, sonra 75 nəfərə təlim keçildi. Mayın 10-da səhər saat dörd radələrində yürüşə başladıq və zirvəni fəth etdik. Özümüzlə götürdüyümüz fişəngləri havaya buraxdıq", - deyə o müsahibəsində söyləyib.

S.Mursaqulov həmçinin zirvələri fəth edərkən yaşadığı çətin anlardan da danışıb:

"2001-ci ildə adsız zirvələrin birini fəth edib, ona "Olimpiya zirvəsi" adı verdik. Hava şəraiti çox pis idi, qar uçqunu gözlənilirdi. Özümlə yeddi nəfəri apardım. Oğlum da operator kimi getmişdi. Cəmi üç nəfərin təcrübəsi var idi. Yürüş zamanı qar uçqununa düşdük. Qarın tərpəndiyini hiss edəndə onlara "Üzün" dedim. Bir də gördüm, yeddi nəfərin hərəsi bir tərəfdən çıxdı".

Ətraflı süjetdə:

BAKU.WS
VİDEO