Nazir: 300 mindən çox vətəndaşımıza ünvanlı sosial yardım verilir
14
iyn
2024
12:03
Bu gün 300 mindən çox vətəndaşımıza ünvanlı sosial yardım verilir
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, sosial əhatəlilik dairəsinin genişləndirilməsi üçün tədbirlər görülür: “Qanunvericilikdə məhdudiyyət varsa, o məhdudiyyətə rəğmən pul verilə bilməz. Qanunda olan məhdudiyyətlər də zamanında əsaslandırılıb. Qanuna dəyişiklik təklifi varsa, baxa bilərik. Amma hər bir dəyişikliyin də maliyyə yükünə baxılmalıdır”.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...