SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda və ərtaf rayonlarda binalar və fərdi evlərin qarşısına dəmir konstruksiyaların yerləşdirilməsinin şahidi oluruq. 

BAKU.WS-in məlumatına görə, bu, həmin yerdə digər şəxslərin avtomobil saxlamasının qarşısını almaq məqsədi daşıyır. 

Lakin dəmir konstruksiyanın quraşdırılması heç də ətrafdakı insanlar tərəfindən müsbət qarşılanmır. Bununla da vətəndaşlar arsında narazılıqlar yaranır. 

Bəs, dəmir konstruksiayaların yerləşdirilməsi qanunla necə tənzimlənir? Bunun etməkdə vətəndaşlar qanuni pozurmu?

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. İdrənin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, qeyd edilən məsələ Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənir:

"Yəni yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulmasına və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, yaxud avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılması yolverilməzdir.

Bunu qanunvericilikdə qeyd olunub və həmin şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354-cü maddəsinə əsasən fiziki şəxslər 80 manatdan 100 manatadək məbləğdə, vəzifəli şəxslər 400 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər isə 3 min manatdan 4 min manatadək məbləğdə cərimə nəzərdə tutulub". 

Orxan Hüseyn
BAKU.WS
VİDEO