VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

18 milyard sərvəti olan Dubay əmirinin varisi, bu yaxınlarda qardaşı dünyasını dəyişən şahzadə Hamdan bin Muhammed bin Rasid el Maktoum bir neçə gün öncə Azərbaycana səfərə gəlib.

BAKU.WS-in məlumatına görə, şahzadə və qonaqları Hacıqabula gəlməzdən öncə Bakıda Fairmont Baku, Flame Towers otelinin ən lüks nömrəsində gecələyiblər. Bu zaman maraqlı bir hadisə baş verib. 

Oteldə çalışanların AzVision.az-a verdiyi məlumata görə, şahzadə işçilərdən birinə sürpriz edib.

Oteldə çalışanların bildirdiyinə görə, şahzadə xanım işçilərdən birinə yaxşı xidmət göstərdiyinə görə yüksək məbləğdə ənam ("çaevoy”) verib. 

Pulun məbləğinin 10 min dollar olduğu bildirilir. 

Məsələ ilə əlaqədar otellə əlaqə saxladıq. Bildirildi ki, həmin xanımın kim olması barədə onlarda heç bir məlumat yoxdur. 

Qeyd edək ki, ərəb zəngin Hamdan bin Muhammed bin Rasid el Maktoum bir neçə dəfə Azərbaycana səfərə gəlib. O sonuncu səfərində Hacıqabul rayonunda olub.
 
BAKU.WS