SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gecədən etibarən paytaxt Bakıda geomaqnit qasırğası müşahidə olunur.

BAKU.WS xəbər verir ki, zəif səviyyəli qasırğa bu gecə saat 03:00-dan etibarən hiss edilməyə başlayıb, səhər saat 6-da bir qədər şiddətlənib.  Səhər saat 09:00-12:00 aralıqlarında nisbətən güclənərək yerini güclü geomaqnit qasırğasına verib.

Günorta saat 12:00-dan isə müşahidə ediləcək qasırğasnın təsiri zəifləyəcək. 

İyunun 12-nə qədər ölkə ərazisində kiçik pozuntularla maqnit qasırğası müşahidə ediləcək.

Qeyd edək ki, geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.

Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.

BAKU.WS