Naxçıvanda bəzi vəzifəli şəxslər işdən azad olunub
08
iyn
2024
23:23
Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin rəisi vəzifəsindən azad olunub.
"Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı şəhər İcra Hakimiyyəti başçısının müavini, icra başçısının səlahiyyətlərini icra edən Əhməd Vəliyev sərəncam imzalayıb.
Artıq onun yerinə təyinat da var. Belə ki, Ramin Talıbov Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin rəisi təyin edilib.
Digər sərəncama əsasən, Naxçıvan şəhər İstilik təsərrüfatı idarəsinin rəisi Anar Həziyev işdən azad olunub. İdarənin yeni rəisi Arzu Qurbanov təyin edilib.
Oxşar xəbərlər
Yeni tikilən binalar da mərkəzi istilik sisteminə qoşulacaq? - RƏSMİ AÇIQLAMA
Hazırda Bakı şəhərinin bir çox binalarında istilik təchizatı “Azəristiliktəchizat” ASC-yə məxsus beş ədəd rayon istilik qazanxanası, 345 ədəd məhəllədaxili qaza...