AtaBank-ın ATM-lərində problem: Bakıda yalnız bir ünvanda işləyir

Azərbaycanın ən böyük kommersiya banklarından biri olan AtaBank-ın bankomatlarında problem yaranıb.
BAKU.WS-in məlumatına görə, bankın Bakıda fəaliyyət göstərən 50 bankomatdan yalnız biri - Nobel pr. 15-də yerləşən "AZURE SHOPPİNG CENTER"in binasında olan bankomat işlək vəziyyətdədir.
ATABank-ın Məlumat Bürosundan BAKU.WS-ə verilən məlumata görə, artıq bir neçə gündür ki, ATM-lər in fəaliyyəti dayandırılıb. Bankomatların işləməməsi texniki problemlərlə əlaqədardır. Bildirilir ki, ATM-lər söndürülüb və hazırda problemin aradan qaldırılması üçün iş görülür. Bankdan "ATM-lərin nə vaxt işləyəcəyi" ilə bağlı suala isə konkret cavab almaq mümkün olmayıb.
Nazim Babayev
BAKU.WS
Oxşar xəbərlər
Banklar dolları yenə ucuzlaşdırdı
Bu gün Azərbaycanın banklarında dolların satış və alış qiymətlərinin aşağı düşməsi müşahidə olunur. Fins.az xəbər verir ki, səhər saatlarında 1 dollar 1.68 ma...
