23 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib
17 mart 2026-cı il tarixində Azərbaycan Respublikası vətəndaşı olan 23 nəfər "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində Almaniya Federativ Respublikasından geri qəbul edilib.
Bu barədə BAKU.WS-ə Dövlət Miqarsiya Xİmdətindən məlumat verilib.
Qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.
Oxşar xəbərlər
Adil Kərimli: Sertifikasiya imtahanı incəsənət müəllimlərinin maaşına təsir edə bilər
Sertifikasiya imtahanı incəsənət müəllimlərinin maaşına təsir edə bilər. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Mə...