Afət Fərmanqızı Flora Kərimova ilə məhkəmə qarşılaşmasından danışdı
Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə iclası keçirilib. Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hakim Abbas Rzayev tərəfləri dəfələrlə barışığa dəvət edib.
Afət Fərmanqızı ifadə verərək, barışığa hazır olduğunu desə də, Flora Kərimova barışmaq niyyətində olmadığını açıqlayıb.
Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Afət Fərmanqızı ilə əlaqə saxlayıb.
Müğənni baş tutan məhkəmə prosesi ilə bağlı bunları söyləyib:
"Əlbəttə ki, qanun qarşısında boynumuz qıldan incədir. Məhkəmə nə qərar çıxaracaqsa, biz də ona əməl edəcəyik. Amma mən artıq bu haqda danışmamaq qərarına gəlmişəm. Çünki açıqlama verirəm, onu başqa cür yazıb, dərc edirlər. Bu isə məsələni daha da çətinliyə salır".
Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızının onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edir.
Oxşar xəbərlər
Afət Fərmanqızı məhkəmədə Flora Kərimovaya uduzdu - 10 000 AZN ÖDƏYƏCƏK
Müğənni Afət Fərmanqızı Xalq artisti Flora Kərimovaya 10 min manat ödəyəcək. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Nərimanov Rayon Məhkəməs...