"Global Media Group"a daxil olan şirkətlər arasında "Həngamə" intellektual oyunu keçirilib - FOTO

May ayının 28-də “Global Media Group”un tərkibinə daxil olan şirkətlər arasında "Həngamə" intellektual oyunu keçirilib.
Oyunda "Report” İnformasiya Agentliyi, "Oxu.az", "Media.az", "Baku TV", "Global Photo Stock", "Global Management" , “Baku WS” nümayəndələri iştirak ediblər.
Tədbirdə püşkatma yolu 10 komanda formalaşdırılıb. 2 tur və finaldan ibarət olan oyun gərgin mübarizə ilə yadda qalıb. Sonda “Zəfər” adlı komanda qalib elan edilib, onlara mükafatlar təqdim olunub.İlk 3 yeri tutan komandalar sertifikatlarla təltif olunublar.
Qeyd edək ki, tədbirin məqsədi “Global Media Group” şirkətinin üzvləri arasında dostluq əlaqələrinin inkişaf etdirilməsi, həmin əməkdaşların asudə vaxtlarının səmərəli keçirilməsidir.
Qalereya
Oxşar xəbərlər
“Global Media Group” “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib - FOTO
Bu gün “Global Media Group” “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib. BAKU.WS xəbər verir ki, “Global Media Group”un təşəbbüsü,...
