Azərbaycanda televiziyanın Təhlükəsizlik Xidmətinin rəisi işdən çıxarıldı

Azərbaycanda televiziyanın Təhlükəsizlik Xidmətinin rəisi işdən çıxarıldı
Sosial 181

"Xəzər" televiziyasının Təhlükəsizlik Xidmətinin rəisi işdən çıxarılıb.

BAKU.WS Manşet.az-a istinadən xəbər verir ki, televiziyanın Baş direktoru Murad Dadaşovun müvafiq əmri ilə Təhlükəsizlik Xidmətinin rəisi Elçin Həsənov işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifəsindən azad edilib.

Digər əmrlə televiziyanın Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə Ruslan Şahkərimov təyin edilib.

Bildirək ki, Ruslan Şahkərimov bundan öncə televiziyanın rəhbəri Murad Dadaşovla "M Group Production"da bir yerdə çalışıb.

Qeyd edək ki, vəzifəsindən azad edilən Elçin Həsənov bir vaxtlar hüquq-mühafizə orqanlarında çalışıb. O, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun bacanağıdır.

Oxşar xəbərlər

Bu gün Murad Dadaşovun 44 yaşı tamam olur

Bu gün Murad Dadaşovun 44 yaşı tamam olur

Bu gün Xalq artisti, tanınmış teleaparıcı, "M Group Production" şirkətinin və Xəzər TV-nin prezidenti Murad Dadaşovun 44 yaşı tamam olur. BAKU.WS xəbər verir k...

364 Sosial 09:06 21 dekabr 2022

Son xəbərlər