Azərbaycanda mərkəz direktoru İŞDƏN ÇIXARILDI

Azərbaycanda mərkəz direktoru İŞDƏN ÇIXARILDI
Sosial 374

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov vəzifəsindən azad edilib.

BAKU.WS xəbər verir ki, Qafqazinfo-nun sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, o, öz ərizəsi ilə işdən ayrılıb.

Məlumata görə, hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edək ki, V.Hüseynov bu vəzifədə 2017-ci ildən çalışırdı.

Son xəbərlər