Vətəndaşların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz kəsiləcək
Xətai rayonu, Lütfi Zadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması, Xəzər rayonu, “Buzovna 101” QPM-dən qidalanan “Yuxarı Şağan” xəttinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması və 3 tənzimləyicinin hündürlüyə qaldırılması məqsədi ilə 14.05.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Bu barədə “Azəriqaz” İB-dən bildirilib.
Qeyd olunub ki, qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun Lütfi Zadə küçəsinin tam olaraq, Xəzər rayonunun isə Şağan qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə qaz olmayacaq
Bakının Xəzər və Xətai rayonlarının qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məl...