SİZİN REKLAM BURADA!
055 213 76 73


Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Asim Nadir oğlu Səfərovla Qəbələ rayonunun Qəmərvan kəndində keçirilən vida mərasimi başa çatıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, şəhidin nəşi dəfn olunmaq üçün Qəmərvan kənd qəbiristanlığına aparılır.

Qeyd edək ki, Səfərov Asim Nadir oğlu 1975-ci ildə Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub. O, 1994-cü ilin yanvarın 10-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb.

BAKU.WS
QALEREYA