SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

"Apple" şirkətinin yeni məhsulu "iPhone 6S" və "iPhone 6S Plus" haqqında maraqlı iddia ortaya atılıb.
 
BAKU.WS-in verdiyi məlumata görə, milyonlarla adamın əldə etmək istədiyi mobil qurğularda bəzi boşluqlar var. Cihazın içində nələr olduğunu araşdıran "iFixit" şirkəti bəzi detalları ortaya çıxarıb. Məlum olub ki, yeni "iPhone"lar bir əvvəlki növündən daha az enerji tutumuna malikdir.
 
İlk olaraq "iPhone 5S"-də üzə çıxan enerji probleminin yeni modellərdə də ola biləcəyi ehtimal olunur. Belə ki, yeni "iPhone 6S" və "iPhone 6S Plus" 1715mAh tutumlu enerji batareyası ilə təchiz edilib. Əvvəlki "iPhone 6" və "iPhone 6 Plus"da enerji batareyası 1810mAh tutumuna malik olub. 

 

Ancaq "Apple" şirkəti enerji problemini nəzərə alaraq İOS 9 sistemində enerjiyə qənaət üçün xüsusi funksiya əlavə edib. Bu xidmət mobil qurğunun daha az enerji sərf etməsinə imkan yaradır. 
 
ŞAHİN Həbibov
BAKU.WS