Atlantik okeanı üzərində iki sərnişin təyyarəsi toqquşma təhlükəsi yaşayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Atlantik okeanı üzərində "Iberia" və "Air Europa" aviaşirkətlərinə məxsus iki sərnişin təyyarəsi toqquşma riski ilə üzləşib.
BAKU.WS xəbər verir ki, hadisə iyulun 10-da Kanar adalarının qərbində baş verib.
Eyni hündürlükdə qarşı-qarşıya hərəkət edən təyyarələrdə TCAS toqquşma xəbərdarlığı sistemi işə düşərək pilotlara təcili hündürlük dəyişmə göstərişi verib. Nəticədə təhlükənin qarşısı vaxtında alınıb.
Hər iki təyyarə marşrutunu davam etdirərək təyinat məntəqələrinə təhlükəsiz eniş edib.
Hadisənin səbəblərini müəyyənləşdirmək üçün İspaniyanın Mülki Aviasiya Hadisələrinin və Qəzalarının Araşdırılması Komissiyası araşdırmalara başlayıb.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...