13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


Bakıda daşınmaz əmlak bazarında qiyməti 2 milyon manatdan yuxarı olan mənzillər də təklif olunur. Bunu "Trend”ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

R.Osmanlı bildirib ki, bahalı mənzillərin də qiyməti yerləşməsindən, ölçüsündən asılı olaraq dəyişir: "Bakıda mənzil bazarında qiyməti 2 milyon, 2,2 milyon manat dəyərində olan mənzillər təklif olunur. Bu mənzillər əsasən şəhərin mərkəzi hissəsində yerləşir".

Ekspert bildirib ki, həmin mənzillərin ölçüsü 300 kvadrat metrdən yuxarı olub. Onun sözlərinə görə, az sayda da olsa, 2016-cı ildə bu cür bahalı mənzillərin alqı-satqısı qeydə alınıb.

Ümumilikdə isə R.Osmanlı bildirib ki, 2016-cı ildə Azərbaycanda mənzil bazarında, xüsusilə, təkrar mənzil bazarında mütəmadi olaraq qiymətlərin azalması müşahidə olunub.
 
BAKU.WS