"Sahra Baku" restoranında nöqsanlar aşkarlandı - FOTO

Sahra Baku restoranında nöqsanlar aşkarlandı - FOTO
Sosial 1

Mediada yayılmış məlumatın yerində araşdırılması məqsədilə Bakının Nərimanov rayonunda Ə.Rəcəbli küçəsi, ev 3, mənzil 15 ünvanında fəaliyyət göstərən “Sahra Baku” restoranında yoxlama aparılıb.

Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, yoxlama zamanı ictimai iaşə müəssisəsində normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən olunub.

İşçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi, həmçinin üzərində etiket məlumatları qeyd edilməyən, kiflənmə əlamətləri müəyyən olunan məhsulların satışının həyata keçirildiyi aşkarlanıb. Həmin məhsullar satışdan kənarlaşdırılıb, sınaq məqsədilə məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.

Oxşar xəbərlər

AQTA: "38 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub"

AQTA: "38 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub"

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 37 ticarət müəssisəsi və 11 ictimai iaşə müəssisəsində həyata keçirilən mon...

44 Sosial 18:27 15 dekabr 2022

Son xəbərlər