Ağdamda sement və beton qatqıların istehsalı müəssisəsi yaradılır - FOTO

Ağdamda sement və beton qatqıların istehsalı müəssisəsi yaradılır - FOTO
Sosial 7

“Qreys.A.” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, şirkət parka 6,5 milyon manat investisiya yatıraraq sement və beton qatqıların istehsalı müəssisəsi yaradacaq.

“Müəssisədə 35 daimi iş yerinin yaradılması nəzərdə tutulur”, - deyə o qeyd edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər