Mikayıl Cabbarov: “2023-cü ildə 26 sahibkarlıq subyektinə rezidentlik statusu verilib” - FOTO

Mikayıl Cabbarov: “2023-cü ildə 26 sahibkarlıq subyektinə rezidentlik statusu verilib” - FOTO
Sosial 1

“2023-cü ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 26 sahibkarlıq subyektinə rezidentlik statusu verilib”.

BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında paylaşıb.

O bildirib ki, bunlardan yeddisi Ağdam Sənaye Parkının, beşi “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, səkkizi Sumqayıt Kimya Sənaye Parkının, üçü Pirallahı Sənaye Parkının, biri Hacıqabul Sənaye Məhəlləsinin, ikisi Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Rezidentlər tərəfindən 471 milyon manat investisiyanın yatırılması, 3 100-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər