BAKU.TV-nin 6 yaşı tamam olur - VİDEO
Baku TV-nin yaranmasından 6 il ötür.
Rəqəmsal mediaya yenilik gətirən Baku TV-nin hazırda YouTube-da 1 milyona yaxın abunəçisi var.
Ölkə və dünya gündəmi ilə bağlı xəbərləri operativ şəkildə təqdim edən kanal eyni zamanda digər sosial şəbəkələrdə ən vacib və aktual informasiyaları izləyiciyə çatdırır.
Bu illər ərzində hadisə yerindən reportajları, eksklüziv müsahibələri, ekspert analizləri ilə dəqiq və etibarlı xəbər mənbəyinə çevrilən Baku TV müəllif verilişləri və araşdırmaları ilə də izləyici rəğbəti qazanıb.
Baku TV artıq daha böyük auditoriyaya çatmaq imkanı əldə edib: kanal “Azərspace” vasitəsilə də yayımlanır.
Bundan əlavə, Baku TV-ni KATV 1, Connect, CityNet, Ailə TV, Aztelekom və Baktelecom-un rəqəmsal platforması olan Tvin TV, Megogo, ATV+ abunəçiləri də izləyə bilirlər.
BAKU.WS olaraq BAKU TV-ni təbrik edirik, fəaliyyətlərində daha böyük uğurlar arzu edirik!
Oxşar xəbərlər
Baku TV CityNet-in kanal siyahısına əlavə edildi - VİDEO
2018-ci ildən internet yayımçı kimi fəaliyyət göstərən Baku TV-ni bu gündən CityNet IPTV abunəçiləri 10-cu kanaldan izləyə bilər. Ölkədə və dünyada baş verən ön...