AZAL-ın Moskva-Gəncə təyyarəsi təyinat nöqtəsinə yola düşüb - YENİLƏNİB

AZAL-ın Moskva-Gəncə təyyarəsi təyinat nöqtəsinə yola düşüb - YENİLƏNİB
Sosial 10

“Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-5829 nömrəli Moskva (Vnukovo hava limanı)-Gəncə reysini yerinə yetirən hava gəmisi saat 17:19-da Bakıdan təyinat nöqtəsinə yola düşüb.

Bu barədə AZAL məlumat yayıb.

***16:08

Bu gün “Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-5829 nömrəli Moskva (Vnukovo hava limanı)-Gəncə reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib.

BAKU.WS xəbər verir ki, buna səbəb Gəncə hava limanı ətrafındakı əlverişsiz hava şəraiti (duman) olub.

Təyyarə yerli vaxtla saat 15:47-də Bakı hava limanına uğurla eniş edib.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər