Bakının bu rayonunda qaz olmayacaq

Bakının bu rayonunda qaz olmayacaq
Sosial 111

Bu gün Bakının Sabunçu rayonunun bəzi qəsəbə və yaşayış massivlərinin bir hissəsinin qaz təchizatında yaranacaq.

Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Maştağa” qaz paylayıcı stansiyasında (QPS) “Maştağa-Nardaran” əhali orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış siyirtmənin təmiri və yerinin dəyişdirilməsi işləri ilə əlaqədar iyunun 20-də saat 10:00-dan “Maştağa-Nardaran” əhali orta təzyiqli qaz kəmərində qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri görülən müddətdə Sabunçu rayonunun Maştağa qəsəbəsinin Xanlar küçəsinin, Bilgəh Albalılıq və Maştağa Albalılıq yaşayış massivlərinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabah bu ərazilərdə qaz olmayacaq - YENİLƏNİB

Sabah bu ərazilərdə qaz olmayacaq - YENİLƏNİB

Sabah Sabirabad rayonunun 4 kəndinin qaz təchizatı dayandırılacaq. BAKU.WS Report-a istinadən xəbər verir ki, A.İsmayılov küçəsindən Muradbəyli kəndini qidaland...

1932 Sosial 20:05 14 may 2024

Son xəbərlər