Prezident seçkisində xarici ölkələrdən ən çox səsverənlərin Türkiyədən olacağı gözlənilir
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə əlaqədar xarici ölkələrdə yaradılan seçki məntəqələrində iştirak edən ən fəal seçicilərin olduğu ölkələrdən biri Türkiyədir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat katibi Aygün Qocayeva bildirib.
O bildirib ki, Türkiyədə yaşayan və fəaliyyət göstərən minlərlə Azərbaycan vətəndaşı prezident seçkisi prosesində seçici olaraq iştirak etmək üçün öncədən səfirliyə müraciət edib. Həmin şəxslər konsulluq qeydiyyatından keçib və adları seçici siyahısına daxil olunub.
Seçki prosesində iştirak etmək üçün öncədən namizəd seçici olaraq qeydiyyatdan keçənlərin sayına uyğun olaraq da seçki məntəqələri qurulub. Ona görə də seçki məntəqələrinin sayı əvvəlki illərlə müqayisədə dəfələrlə çoxdur.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...