SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Vasif Məhərrəmli restoranda yıxılan ofisiantla bağlı ilk dəfə danışıb.

BAKU.WS xəbər verir ki, "Mirinin dibçəyi" layihəsinə qonaq olan sənətçi həmin an yaşananların anidən baş verdiyini bildirib.

Məhərrəmli ofisantın anidən yıxıldığını və cəld şəkildən yenidən qalxdığını deyib.

Əməkdar artist oğlana kömək etmədiyi üçün onu tənqid edənlərə güldüyünü qeyd edib:

"Maşallah gənc, enerjili oğlan idi. Mən imkan tapıb baxa bilmədim o artıq ayağa qalxmışdı".

Xatırladaq ki, sənətçi restoranların birində oturduğu zaman əllərində yemək dolu qablar olan ofisiant onun yanından keçəndə yıxılıb. Müğənni baş verən hadisəyə seyrçi kimi qalıb, yıxılan ofisiantın ayağa qalxmasına kömək etməyib. Bundan sonra müğənni sosial şəbəkə izləyiciləri tərəfindən tənqidlərə məruz qalıb.

Ətraflı videoda

BAKU.WS
VİDEO