VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara ilk dəfə işə düzələn zaman birdəfəlik müavinət verilməsi həyata keçirilir.

BAKU.WS xəbər verir ki, bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

O bildirib ki, bu hüquq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslərdədir.

"Onlar ilk dəfə işə düzəldikdə artıq bu müavinətin alınması üçün müraciət etmək hüququna malik olurlar.

Müavinətin məbləği ölkə üzrə orta aylıq əməkhaqqının beş misli qədərdir. Hazırda orta aylıq əmək haqqı 923 manat olduğu üçün həmin şəxs müraciət edən zaman 4615 manat müavinət ödəniləcək.

Bu müavinəti almaq hüququ olan vətəndaşlarımız yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.

Bu zaman aşağıdakı sənədlər tələb olunur: şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsinin surəti, əmək kitabçasının surəti, Valideynlərin ölüm haqqında şəhadətnaməsi və yaxud bu barədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin arayışı.

Deməli, bu vətəndaşlarımız işə düzələndən sonra müvafiq sənədlər ilə müraciət edib həmin müvainəti ala bilərlər", - deyə o qeyd edib.

BAKU.WS