Ödənişli yola sürət nişanı qoyuldu: Radar da quraşdırılacaq - FOTO
İstifadəyə verilən ödənişli Bakı-Quba yolunda sürət həddinə dair müzakirələr yekunlaşıb. Belə ki, sözügedən yolda sürət həddi 110 km/saat olaraq təyin edilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Bakı-Quba yoluna alternativ yol kimi çəkilən ödənişli avtomagistral yolda sürət həddinin 110 km/saat olduğunu göstərən nişan quraşdırılıb.
Əldə etdiyimiz məlumata görə, sözügedən yol nişanı bayram günləri ərəfəsində quraşdırılıb. Baxmayaraq ki, magistral yollarda maksimal sürət həddinin 110 km/saat olduğunu hamı bilir. Amma nişan olmadığı üçün sürücülər bundan sui-istifadə edirdilər.
Qeyd edək ki, sürücülərin yolda sürət həddinə ciddi riayət etməsini təmin etmək üçün hələ xüsusi texniki vasitələr (radar - red.) quraşdırılması hələ də həyata keçirilməyib.
Ödənişli Bakı-Quba yolunda isə artıq dəfələrlə ölüm və ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Bəs bu qəzalar necə və hansı meyarlarla aktlaşdırılır? Kim məsuliyyət daşıyır?Bu suallara isə hələ də cavab verəcək qurum yoxdur.
Oxşar xəbərlər
Pullu yolda radarlar nə vaxt quraşdırılacaq? - AÇIQLAMA
Bu yaxınlarda istifadəyə verilən Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolu ilə bağlı sürücüləri düşündürən bir məqam da yolda sürət həddidir. Hazırda y...