Dövlət Xidmətindən vətəndaşlara VACİB XƏBƏRDARLIQ - Bu mesajları açmayın! - FOTO
Kiberdələduzlar tərəfindən ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara qarşı dələduzluq həyata keçirilir.
BAKU.WS xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Belə ki, vətəndaşlara müxtəlif tapşırıqları yerinə yetirərək qazanc əldə edilməsi vəd edilir.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara tanımadıqları şəxslərdən bu cür təkliflər gəldikdə diqqətli olmağı, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, hər hansı şirkət və ya qurum adından gələn iş təklifləri bağlı birbaşa şirkətin və qurumun özündən bu məlumatları dəqiqləşdirməyi tövsiyə edib.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...