Səbuhi Məmmədli Ucarda dəfn olunub - FOTO

Səbuhi Məmmədli Ucarda dəfn olunub - FOTO
Foto
Sosial 5

Ötən gecə vəfat edən tanınmış jurnalist Səbuhi Məmmədli Ucar rayonunun Müsüslü kəndində dəfn olunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, dostları, jurnalistlər iştirak etdilər.

Qeyd edək ki, 1970-ci ildə anadan olmuş S.Məmmədli Bakı Dövlət Universitetini bitirib. 1990-cı ildən jurnalistikada olub. Müasir dövr Azərbaycan mediasının öz dəst-xətti ilə seçilən istedadlı nümayəndələrindən biri kimi tanınıb. Həm on il ərzində “Lent.az” saytında, həm də müxtəlif illərdə çalışdığı “525-ci qəzet”də, “Azərbaycan” və “Yeni Müsavat” qəzetlərində peşəsinə sədaqəti və həmkarlarına qayğılı münasibəti ilə seçilib. Daşıdığı təməl xüsusiyyətlər özündən gənc həmkarlarının jurnalistikaya rəğbətinin formalaşmasına, bu yolda addımlamalarına stimul verib.

O, səhhəti ilə əlaqədar Yeni Klinikaya köçürülmüşdü. S.Məmmədli xroniki böyrək çatışmazlığından müalicə olunurdu.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Ayaz Mirzəyev: "Məmur olana qədər elə bilirdim ki, hər şeydən xəbərim var" - FOTO/VİDEO

Ayaz Mirzəyev: "Məmur olana qədər elə bilirdim ki, hər şeydən xəbərim var" - FOTO/VİDEO

Onu iqtisadiyyat xəbərlərinin, siyasi verilişlərin, müəllif proqramlarının aparıcısı kimi tanımışıq. İnqilabların başladığı qaynar nöqtələrdən çəkilişləri, dövr...

160 Video 14:42 25 iyun 2023

Son xəbərlər