Azərbaycan yollarında vəziyyət necədir?
Bu gün gecə və səhər saatlarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin aidiyyəti strukturları gücləndirilmiş iş rejimində çalışıblar.
Bu barədə agentlikdən məlumat verilib.
Bildirilib ki, respublikanın avtomobil yollarında gecə boyu və səhər saatlarında hərəkətin təhlükəsizliyi və fasiləsizliyi istiqamətində tədbirlər davam etdirilib.
“Şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz səpilməsi həyata keçirilib və bu istiqamətdə işlər davam etdirilib.
İctimaiyyəti yollardakı vəziyyət barədə məlumatlandırmaq üçün görülən işlərlə bağlı agentliyin “Facebook”, “İnstagram” və “Telegram” sosial şəbəkə hesablarında məlumatlar paylaşılır.
Sürücülərə yollarda diqqətli olmaları və qış fəslinə uyğun təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə etmələri tövsiyə olunur” , - deyə agentlikdən bildirilib.
Oxşar xəbərlər
Azərbaycanın avtomobil yollarındakı son vəziyyət açıqlanıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı saat 09:00-a olan vəziyyət barədə açıqlama yayıb....