Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - Pensiyalarla bağlı MÜHÜM YENİLİKLƏR - VİDEO
"Milli Məclisin plenar iclasında bir sıra sosial-iqtisadi məsələlər müzakirə olunub. Qanunvericiliyə edilən dəyişikliklər həm sosial, həm də iqtisadi baxımdan vacibdir. Bunların arasında ən vacibi əmək pensiyası haqqına qanuna edilən dəyişiklik olub".
BAKU.WS-in məlumatına görə, bu sözləri deputat Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, Yeni dəyişikliklər layihəsinə əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınlar və kişilər pensiyaya 5 il tez çıxa biləcəklər:
"Yeni dəyişikliyə əsasən qadın vəfat etdiyi və uşağın kişinin himayəsində olduğu və növbəti ailə qurduğu halda da kişilər 5 il erkən pensiya hüququ qazanacaqlar.
Digər mühim məqam nəzərdə tutulan şəxslərə də avtomatlaşdırılmış qaydada pensiya təyinatı imkanının yaradılmasıdır. Güzəştli şərtlərlə pensiya təyinatı zamanı vətəndaşların müraciət etmək, habelə müxtəlif sənədlər toplamaq və s. öhdəliyi də ləğv edilir".
Millət vəkili əlavə edib ki, ikinci mühim məqam əmək haqqı artımları ilə bağlı olub: "Vergi xidmətləri orqanlarında çalışan şəxslərin vəzifə maaşlarının artırılması ilə bağlı qanunvericiliyə düzəlişlər edilib. Bu o deməkdir ki, qanun qəbul edildikdən sonra bu şəxslərin vəzifə maaşları 3 dəfəyə qədər artırılacaq".
Oxşar xəbərlər
Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq
Analarla bərabər ataların da uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olacaq, güzəştə yol verən şərtlər sırasına valideynlərini it...