Mikayıl Cabbarov: “2023-cü il güləş ictimaiyyəti üçün əlamətdar, qələbələrlə zəngin oldu” - FOTO
“2023-cü il Azərbaycan Güləş Federasiyası, güləş ictimaiyyəti üçün əlamətdar, qələbələrlə zəngin oldu”.
BAKU.WS xəbər verir ki, bununla bağlı İqtisadiyyat naziri Mikayıl Cabbarov feysbukda paylaşım edib.
Paylaşımda bildirilir:
“Bu il yunan-Roma güləşi üzrə millimiz tarixdə ilk dəfə dünya çempionu titulunu qazandı. Sərbəst, yunan-Roma və qadın güləşçilərimiz dünya çempionatında 2, Avropa çempionatında 5 qızıl medal əldə etdilər.
Bu gün Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və gənclər və idman nazirinin müavini Mariana Vasileva ilə birgə 2023-cü ildə güləş üzrə Avropa və dünya çempionatlarında, eləcə də Bakıda keçirilmiş hərbçilərin 36-cı dünya çempionatında yüksək nəticələr əldə etmiş idmançılarla görüşdük.
Güləşçilərimizi və məşqçilərimizi bir daha təbrik edir, onlara gələcək yarışlarda uğurlar arzulayırıq”.
Oxşar xəbərlər
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 104 il ötür
Avqustun 18-də Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 104 ili tamam olur. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumət...