SİZİN REKLAM BURADA!
055 213 76 73


Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramı ilə əlaqədar insanların kütləvi şəkildə üz tutacaqları ictimai obyektlərdə yoxlama keçirib.

BAKU.WS xəbər verir ki, nəzarət-yoxlama tədbirlərini FHN sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi həyata keçirib.

Təhlükəsizlik tələblərinin yoxlanılması məqsədi ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar qarşıdan gələn istirahət günlərində insanların kütləvi şəkildə üz tutacaqları istirahət və əyləncə mərkəzlərinə baxış keçirilib.

Həmçinin parklarda attraksionların təhlükəsiz istismarının təmin olunması məqsədilə həmin qurğuların texniki təhlükəsizlik tələblərinə uyğunluğu yoxlanılıb.

BAKU.WS