Qışda niyə daha çox su içmək lazımdır?
Qışda orqanizm yaydan daha az maye qəbul edir. Soyuq havalarda bədəndə susuzluq hissi çox gec yaranır.
BAKU.WS Rusiya mediasına istinadən xəbər verir ki, kosmetoloqlar qışda dərinin nə üçün adi haldan daha çox nəmləndirməyə ehtiyacı olduğunu izah edib.
Xüsusilə qışda su içməyin insan sağlamlığı üçün bir çox faydaları olduğu vurğulanır.
Soyuq aylarda su içmək immun sistemini gücləndirir. Mütəmadi su içmək həzm sisteminin düzgün işləməsini təmin edir.
Qış aylarında bəzi xəstəliklər bədəndə hərarətin artmasına səbəb olur. Bədən isə tərləyərək ideal temperaturuna çatmağa çalışır. Bədən susuz qaldıqda isə tərləmə prosesi davam etmir.
İstilik mövsümündə otaqda rütubət səviyyəsi 10%-ə enir, baxmayaraq ki, norma 40-dan 60%-ə qədərdir. Quru havanın dəriyə mənfi təsir göstərməməsi üçün ona düzgün qulluq etmək lazımdır.
Qeyd olunur ki, həmçinin qış günlərində gigiyenik dodaq boyası və ya balzam şəklində termal su gəzdirmək məsləhətdir. Əlləri soyuqdan qorumaq üçün əlcək taxmaq vacibdir. Əks halda soyuq və aşağı rütubət əlin dərisini qurudacaq, çatlar və qıcıqlanmalara səbəb olacaq.
Oxşar xəbərlər
Bu üsullarla evləriniz daha isti olacaq - QAZ PULUNA QƏNAƏT
Havalar soyuduqca enerjiyə qənaət etmək insanlar üçün aktual mövzuya çevrilir. Bu mövsümdə həm enerji qənaətini maksimum səviyyəyə çatdırmaq, həm də istilik itk...