SİZİN REKLAM BURADA!
055 213 76 73


Ən təbii antibiotik kimi tanınan sarımsaq, çay kimi istehlak edildikdə faydalarını daha tez göstərir. Görün hər gün ac qarına sarımsaq çayı içmək nə edir.

BAKU.WS xəbər verir ki, soğankimilər fəsiləsinə aid olan sarımsaq güclü antiseptik və antibiotikdir.

Dünyanın bir çox mətbəxlərində və həmçinin dərman məqsədləri üçün istifadə edilən sarımsaq orqanizmə çox faydalıdır.

Kəskin iyi olan sarımsaq, qatıqlara və yeməklərə qatılaraq yeyilir. Çiy və ya bişmiş olmasından asılı olmayaraq, çoxlu müsbət təsirlərə malikdir.

Sarımsağı istehlak etməyin ən faydalı yollarından biri onu çay kimi dəmləməkdir.

1-2 diş sarımsağı qaynadıb, suyunu içmək bir çox xəstəliklərin qarşısını alır. Bu hətta xroniki xəstəliklərin qarşısını ala bilər.

Sarımsaq çayı gündə bir dəfə acqarına içildikdə orqanizmin yenilənməsinə kömək edir, xəstəliklərdən uzaqlaşdırır.

Sarımsaq tərkibindəki antioksidanlar və antimikrobiyal xüsusiyyətlərə görə immunitet sistemini qaldırır. Soyuqdəymə kimi infeksiyalardan qoruya bilər.

Sarımsaq çayı qan təzyiqini aşağı sala bilən azot oksidinin istehsalını artırır. Bu hipertoniya riskini azalda bilər.

Sarımsaq çayı iltihabla mübarizə aparmağa kömək edir. Bəzi araşdırmalar göstərir ki, sarımsağın bəzi xərçəng növlərinin, xüsusən də mədə və döş xərçəngi riskini azaltmağa kömək edə bilər.

Cavid Babayev
BAKU.WS