SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın Ermənistanda əsir saxlanılan iki hərbçisinin qaytarılması təmin olunacaq.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, əsirlikdə olan iki hərbçimiz ölkəyə qaytarılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.

Razılığa əsasən, humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikasının 32 erməni hərbçini, Ermənistan Respublikası isə 2 azərbaycanlı hərbçini azad edir.

BAKU.WS