SİZİN REKLAM BURADA!
055 213 76 73


Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayının pensiya ödənişi başa çatdırılıb.

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, təqaüdçülər pullarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsi üçün müvafiq işlər isə hazırda davam etdirilir.

BAKU.WS