Zəlzələdən sonra böhran: Ürək xəstəliklərilə bağlı müraciət edənlər artıb, aralarında tələbələr də var - FOTO
“Dekabrın 7-də baş verən zəlzələdən sonra Elmi-Tədqiqat Kardiologiya İnstitutuna müraciətlərin sayında artım qeydə alınıb. Belə hadisələr zamanı qəfil miokard infarktına, ürək damarlarında koronar spazmaya gətirib çıxaran stres hallarının, hipertonik krizlərin, fobiyaların kəskin artması müşahidə olunur”.
BAKU.WS Azərtac-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında institutun direktoru, professor Gülnaz Dadaşova deyib.
G.Dadaşova bildirib ki, səhiyyənin bu qədər innovativ yenilikləri olmasına baxmayaraq, bütün dünyada ürək-damar xəstəlikləri həm ölüm, həm də əlilliyə gətirib çıxaran bir nömrəli qlobal patologiyadır. Hətta COVID-19-un tüğyan elədiyi dövrlərdə də göstəricilər dəyişmədi. Bu da ürək-damar sistemi xəstəliklərinin nə qədər ciddi problem olduğunu göstərir.
“Patologiyaların sayının artmasında bizdən asılı olmayan səbəblər də var. Ətraf mühit hadisələri, ekoloji amillər, stres faktorları, fors-major hallar, düzgün qidalanmamaq, zərərli vərdişlər, energetik içkilər burada rol oynayır. Bizdən asılı olan səbəbləri aradan qaldırmaq üçün maarifləndirici tədbirlər keçirir, əhalini, xüsusilə də gəncləri zərərli vərdişlərdən, energetik içki qəbulundan çəkindirməyə çalışırıq”, - deyə institut direktoru bildirib.
Oxşar xəbərlər
Kardiologiya İnstitutunda nə baş verir? - AÇIQLAMA - YENİLƏNİB
Son zamanlarda Elmi-Tədqiqat Kardiologiya İnstitutuna və institutun rəhbərliyinin fəaliyyətinə kölgə salmaq məqsədi ilə böhtan və işgüzar nüfuzu ləkələyən xarak...