SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Ağcabədi rayonunda suyun verilməsində məhdudiyyətlər yaranacaq.

Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Bildirilib ki, magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar dekabrın 9-da gün ərzində Ağcabədi şəhərinə, eləcə də Aşağı Avşar və Xocavənd kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Agentlik yaranan narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.

BAKU.WS