SİZİN REKLAM BURADA!
055 213 76 73


Bel ağrıları ən çox rast gəlinən şikayətlərdən biridir. Xroniki və ya epizodik bel ağrısı hallarının demək olar ki, 85%-i bel nahiyəsində həddindən artıq stress ilə əlaqələndirilir.

BAKU.WS-in xarici mətbuat araşdırmalarına istinadən xəbərinə görə, onurğa sütünü əzələlər, bağlar və vətərlərdən ibarət bir struktur olub anatomik seqmentlərə ayrılır. Bu komponentlərdən hər hansı birində problem olduqda bel ağrısına səbəb ola bilir.

Bir çox insan, xüsusən də yaşlı şəxslər bu kimi ağırları bir xəstəlik olaraq hesab etmir, ağrılarla birgə yaşamağa başlayır. Bəzən isə bel ağrıları ani şəkildə ortaya çıxır ki, cəld hərəkət və ya ağır fiziki iş zamanı qəfil bel tutulmaları bunlara bir misal ola bilər.

Moda həvəskarlarında tez-tez bel ağrıları olur. Bu narahatlığın səbəbi adətən sevimli hündürdaban ayaqqabıları göstərməkdir. Məsələ burasındadır ki, sözügedən ayaqqabılar ağırlıq mərkəzini pozur və yeriyərkən xanımlar irəli əyilməyə məcbur olur. Bu, bel bölgəsində əlavə gərginlik yaradır və ağrıya səbəb olur.

Bel ağrılarının tez-tez rast gəlinən səbəblərdən biri də, onurğa əzələsinin və bağların dartılmasıdır. Çox vaxt narahat, ağır və texniki düz olmayan hərəkətdən sonra əmələ gəlir. Bu tip hərəkətlər bel əzələlərində ağrılı spazm da yarada bilər.

Spondilyoz və fəqərəarası disklərin degenerasiyası ən cox rast gəlinən səbəblərdən biridir. Bu proses onurğa sütünunun elementlərinin normal strukturu dəyişəndə baş verir. Daha çox yaşlanma prosesi ilə əlaqədar olur.

Nədənsə az adamın nəzərə aldığı bel ağrısının başqa bir ümumi səbəbi tez-tez stresslə əlaqələndirilir. Emosional stress ağrı kimi özünü göstərən əzələ spazmalarına səbəb ola bilər. Üstəlik, təkcə bel deyil, həm də boyun və hətta çiyinlər də ağrıya bilər.

İnsanın yaşam tərzi də bel ağrısının səbəbləri arasında önəmli bir yerə sahibdir. Belə ki, gün içərisində çox az hərəkət, kompyuter qabağında uzun müddət çalışmaq, oturma forması və qidalanma vərdişləri, soyuq havalarda vaxt keçirirmək bel ağrısı şikayətlərinin olma ehtimalını yüksəldir.

BAKU.WS