VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bilirdim ki, 30 ildən sonra torpaqlarımızı azad edən Prezident mənim balamı orda qoymaz. Hüseynin azad olunacağına inanırdım".

Bu sözləri Ermənistanda hərbi əsirlikdə olan Hüseyn Axundovun anası Şəlalə Axundova “report”a müsahibəsində bildirib.

“Dünənki ömürlük həbs xəbərindən sonra bugünkü azad olunma xəbəri bizi çox sevindirdi. Bunun tezliklə olacağına inanmırdım. Dövlət başçımız çox sağ olsun ki, analara bu sevinci yaşatdı. Prezident İlham Əliyevin yanındayıq və ona arxalanırıq”, - Ş.Axundova deyib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

Bu addım Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan insanına, ölkə vətəndaşlarına, hərbçilərə verdiyi dəyərin, əsirlikdə olan şəxslərin yaxınlarının hisslərinə şərik olmasının bariz nümunəsidir. Prezident İlham Əliyev bir daha sübut etdi ki, o, hər bir azərbaycanlının Prezidentidir.

BAKU.WS
VİDEO