Kimlərin qızılcaya yoluxma riski daha çoxdur? - AÇIQLAMA

“Orqanizmdə A vitamini çatmayan şəxslərdə qızılca xəstəliyi digərlərinə nisbətən daha ağır formada keçir. Ağırlaşmalar da gözləniləndir”.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin rəsmi “Instagram” səhifəsində canlı yayımda qızılca haqqında danışarkən deyib.
O bildirib ki, A vitamini aşağı olan şəxslər daha tez yoluxur:
“Doğrudan da A vitamininin verilməsi tövsiyə edilir. Biz bunu protokol üzrə də tövsiyə edirik. Belə ki, A vitamininin dozası yaşa uyğun olaraq müvafiq qaydada həkim tərəfindən təyin edilir”.
“Uşaq vaxtı qızılca keçirən şəxslərin orqanizmində güclü müqavimət yaranır. Həmin şəxslərin yenidən qızılcaya yoluxma ehtimalı demək olar ki, çox aşağıdır”, - deyə həkim-infeksionist qeyd edib.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...
